Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda üçmərtəbəli bina yanır - Xəsarət alanlar var

KRİMİNAL

633

11.04.2019, 08:44

\"\" Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında 3 mərtəbəli bina yanır.
Oxu24.com xəbər verir ki, yanğın zamanı xəsarət alanlar var.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib./Virtualaz.org/