Qaynar xətt:

(+99450) 247 90 86

Maskalı şəxslər ev sahiblərinin əl-ayağını bağlayıb pullarını apardılar - Quldurlar bəllidir

2019-04/1554905894_maska_ogru_014.jpg

KRİMİNAL

1086

10.04.2019, 18:17

\"\" Aprelin 1-də saat 1 radələrində Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girmiş 4 maskalı şəxsin ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb, oradan 13600 manat pul və mobil telefon aparması barədə DİN-in \"102 - Zəng Mərkəzi\" Xidmətinə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, dərhal Quba RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H.Hətəmov və Z.İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib. İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.