Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda yataqxana yanır - 45 yaşlı kişi özünü binadan atdı

KRİMİNAL

1434

10.04.2019, 12:10

\"\"    Bakının Babək prospektində məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı 45 yaşlı kişi özünü yataqxana binasının 5-ci mərtəbəsindən atıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hazırda onun vəziyyəti ağırdır. Yaralı Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.   * * * Həmçinin oxu: Elina intihar günü məktəbdə necə davranırmış?- Tam kadrlar yayıldı+VİDEO Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb. Hadisə paytaxtın Babək prospektində yerləşən yataqxana binasında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürələri cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. (ONA) Həmçinin oxu:  Azərbaycanda porno şirkət yaradılır,video üçün oğlan və qızlar axtarılır