Qaynar xətt:

(+99450) 247 90 86

Şabran sakininin 10 min manatı ələ keçirilib

Şabran sakininin 10 min manatı ələ keçirilib

KRİMİNAL

192

12.09.2024, 13:12

Şabran rayon sakininin aldadılaraq 10 min manatının alınması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı M.Şahmuradlı saxlanılıb:

"Onun xuliqanlığa görə axtarışda olması da müəyyən olunub. Araşdırma aparılır."