Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11784
az

Bakıda şagirdlər arasında dava-Ölən var

15:5609 Aprel, 2019
1862
KRİMİNAL
  • A
 


Daha bir orta məktəbdə ölüm hadisəsi baş verib. Söhbət Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdən gedir.

Oxu24.com  xəbər verir ki, bu barədə cebhe.info-ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, 11-ci sinif şagirdləri arasında yaranan münaqişə ölümlə nəticələnib. Məktəblilər arasında mübahisə martın 4-də fiziki tərbiyə dərsində baş verib.

Dava zamanı döyülən və ciddi xəsarət alan şagirdlərdən biri huşunu itirərək yerə yıxılıb. Bunu görən digər sinif yoldaşları dərhal məktəbin tibb məntəqəsinə gələrək İlkin adlı şagirdin özünü pis hiss etdiyini xəbər veriblər. İlkinin sinif yoldaşları əvvəlcə onun stadionda topu atanda yıxıldığını deyiblər. Məktəbin tibb bacısı, eləcə də müəllim heyəti stadiona gedib və həqiqətən də İlkinin vəziyyətinin kritik olduğunu görüb.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün koma vəziyyətində qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib. Mənbənin bildirdiyinə görə, ölən şagird sinif yoldaşları Kənan və Elşən tərəfindən döyülüb. İddialara görə, mübahisə İlkinin söyüş söyməsi ilə qızışıb və o, ciddi xəsarət alıb. O da bildirilir ki, dəyən zərbələrdən onun qabırğası sınıb və nəticədə ciyəri zədələnib. Mənbənin sözlərinə görə, İlkin həmin gün xəstə olub, anası onu dərsə buraxmayıb. Amma İlkin üçüncü dərs saatında məktəbə gedib.

Baş verən hadisə Novruz bayramına təsadüf etdiyindən hadisə açıqlanmayıb. Məlumatlara görə, məktəb direktorunun iştirakı ilə müəllimlər və eləcə də şagirdlər İlkinin tibbi xərclərinə kömək məqsədilə 2500 manata qədər pul yığıblar. Hətta Xəzər Rayon Polis İdarəsindən gələn müstəntiq şagirdlərin izahatını da götürüb. Hazırda hadisədə adı çəkilən 2 şagirdin Kürdəxanıdakı istintaq təcridxanasında saxlanıldığı bildirilir.

Cebhe.info hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətini rəhbəri Bəşarət Məmmədovla əlaqə saxlayıb. Onun mövqeyini olduğu kimi dərc edirik:

{banner_reklam}


“Valideyni filan ilə danışmışınızmı? Belə hal olsa, indiyə qədər qalardı? Hər halda maraqlanın. Nə yaxşı məlumatı hüquq- mühafizə orqanından almırsız? Siz də maraqlanın, biz də şey edək, görək nə olsa, əlaqə saxlayaq”.

H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin direktoru Vəli Hüseynlinin isə mövqeyi eyniylə belə olub: “Bu hadisə barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə məlumat vermişik, oradan alarsız”.

Həmin məlumatın bizə də verilməsini təkid etdikdə, direktor “Mən axı bilmirəm siz kimsiz”, - deyə cavabdan yayınıb. “Yanımda qonaqlar var, iclasdayam, danışa bilmirəm. Üzrlü sayın”,- deyə əlaqəni yarımçıq kəsib.

Qeyd edək ki, Bəşarət Məmmədov daha sonra bizimlə əlaqə saxlayaraq məsələni araşdıracağını və bu barədə məlumat verəcəyini bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ