Polis bu rayonda əməliyyat keçirib
08 Sentyabr 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
319
05.09.2024, 18:50
Bu gün saat 18:05-də Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Keşlə sahəsində hərəkətdə olarkən orta yaşlı bir qadın dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.
OXU24.COM xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
"Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib", - məlumatda deyilir.
ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır: "Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".
11:10 / 08 Sentyabr 2026
20
11:09 / 08 Sentyabr 2026
32
11:05 / 08 Sentyabr 2026
33
11:04 / 08 Sentyabr 2026
40
11:00 / 08 Sentyabr 2026
29
10:55 / 08 Sentyabr 2026
33
10:47 / 08 Sentyabr 2026
298
10:46 / 08 Sentyabr 2026
35
10:36 / 08 Sentyabr 2026
43
10:27 / 08 Sentyabr 2026
43
10:24 / 08 Sentyabr 2026
45
10:16 / 08 Sentyabr 2026
51
10:15 / 08 Sentyabr 2026
47
10:02 / 08 Sentyabr 2026
198
09:23 / 08 Sentyabr 2026
184
09:18 / 08 Sentyabr 2026
175
09:17 / 08 Sentyabr 2026
52
09:15 / 08 Sentyabr 2026
59
00:20 / 08 Sentyabr 2026
232
00:18 / 08 Sentyabr 2026
1757
23:59 / 07 Sentyabr 2026
82
23:36 / 07 Sentyabr 2026
295
23:26 / 07 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.