Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11734
az

Azərbaycanlı avtoritetlərə ŞOK: Daxili İşlər Nazirliyi HƏRƏKƏTƏ KEÇDİ

08:5508 Aprel, 2019
1343
KRİMİNAL
  • A
Rusiyada Daxili İşlər Nazirliyinin əməkdaşları cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslərin cinayət cəzası haqqında qanunun icrası üzərində işləməyə başlayıb.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, artıq aprelin 5-də Daxili İşlər Nazirliyinin regional bölmələri rəhbərlik tərəfindən göstərişlər alıb.
Bununla əlaqədar olaraq, son zamanlar Rusiya “qanuni oğru”ları görüşməyi və bir-biri ilə ünsiyyət saxlamağı dayandırıblar.
Xatırladaq ki, Rusiya Dövlət Duması ötən ayın ortalarında "qanuni oğrular" haqqında qanunu qəbul edib. Qanun mütəşəkkil qrupların liderləri, cinayət iyerarxiyasında daha yüksək mövqe tutan şəxslər üçün cinayət məsuliyyəti nəzərdə tutur.
Sənədə görə, bu kimi hallarda həmin şəxsləri 8-15 ilə qədər azadlıqdan məhrum edilmə və 5 milyon rubl (129558 manat) cərimə ediləcək. Qanuna görə "qanuni oğrular"a şərti cəza və ya qısa müddətli azadlıqdan məhrumetmə cəzası verilə bilməz. Сinayət toplantılarında iştirak edən şəxsləri 12 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə və 1 milyon rubl (25911 manat) cərimə gözləyir.
Qanunun qəbulundan sonra bir çox “qanuni oğru” xaricə köçmək barədə qərar qəbul edib.
Əlavə edək ki, keçən il Rusiyada 36 "qanuni oğru" tutulub. Onlardan 8-i deportasiya edilib. 14 nəfəri arzuolunmaz şəxs edlan edilib.
Qeyd edək ki, ötən ilin ikinci yarısında Rusiya Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, ölkə ərazisində 432 qanuni oğru var və onlardan yalnız 318-i aktiv fəaliyyətdədir. Həmin qanuni oğruların 114-ü həbsdədir, 31-i istintaq təcridxanasındadır və istintaq davam edir, 19 oğru isə axtarışdadır.
Ən çox qanuni oğru gürcü millətindən olanlardır. Hazırda 242 gürcü qanuni oğru var. Sonrakı yeri ruslar tutur və onların sayı 51 nəfərdir. Erməni millətindən olan 30 oğru, yezidi kürdlərdən 26, azərbaycanlılardan 16, abxazlardan və çeçenlərdən 10, yəhudilərdən isə 7 qanuni oğru var.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ