Qaynar xətt:

(+99450) 247 90 86

Mingəçevirdə sakini üzərinə benzin tökərək özünü yandırıb

Mingəçevirdə sakini üzərinə benzin tökərək özünü yandırıb

KRİMİNAL

1078

07.04.2019, 23:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Mingəçevirdə 51 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.
Oxu24.com-un Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin sağ sahil yaşayış sektorunda baş verib.
Şəhər sakini 1968-ci il təvəllüdlü Zakir Gülməmməd oğlu Süleymanov küçədə üzərinə benzin tökərək özünü yandırıb. Yalnız ətrafdakıların köməyi ilə alovlanan kişini söndürmək mümkün olub. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Hadisənin nədən qaynaqlandığı məlum deyil. Bununla belə, Z.Süleymanovun psixoloji problemləri olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.