Qaynar xətt:

(+99450) 247 90 86

Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı

KRİMİNAL

279

22.07.2024, 12:14

İyulun 20-də və 21-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.