Qaynar xətt:

(+99450) 247 90 86

154 kiloluq ögey ana 10 yaşlı oğlunun üstünə oturaraq onu öldürüb

154 kiloluq ögey ana 10 yaşlı oğlunun üstünə oturaraq onu öldürüb

KRİMİNAL

422

18.07.2024, 14:24

ABŞ-da  qan donduran hadisə baş verib.

 

Oxu24.com xarici mediaya istinadən xəbər verir  ki, 154 kiloluq ögey ana  Cennifer Li Uilson 10 yaşlı oğlunun  üstünə oturduraraq  onu öldürüb.


ABŞ-ın Şimali İndiana ştatında yaşayan və çəkisi 154 kilo olan Cennifer Li Vilson adlı qadın 10 yaşlı ögey oğlunu 7 dəqiqə oturaraq boğub. Qətli törədən qadın tutularaq həbsxanaya göndərilib.

 

Qapı zənginin kamera görüntülərində qadının uşaq huşunu itirməsinə baxmayaraq onun üzərində oturmağa davam etdiyi görülüb. Hadisə yerinə gələn polislər 10 yaşlı uşağın nəfəs almadığını görüblər. Təcili tibbi yardım briqadasının ilk yardımından sonra Dakota yerli xəstəxanaya aparılıb və 2 gün sonra orada öldüyü məlum olub.

 

Yerli tibbi ekspertizanın rəyinə görə, onun ölümü oksigen çatışmazlığı nəticəsində qətl kimi qiymətləndirilib.

 

Nigar