İrandan narkotik keçirmək istədilər – QARŞISI ALINDI
10 Sentyabr 2026, 13:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
328
18.07.2024, 13:51
Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyul ayının 16-da saat 02:40-da Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram narkotik vasitə marixuananı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirən Qazax rayon sakini 1984-cü il təvəllüdlü Rəsulov Kamil Səttar oğlu Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində saxlanılıb.
Narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayon sakinləri 1982-ci il təvəllüdlü İsgəndərov Elçin Əliağa oğlu, 1985-ci il təvəllüdlü İsgəndərov Gülağa Əliağa oğlu və 1989-cu il təvəllüdlü Sariyev Taleh Babakərim oğlu Bakı şəhəri ərazisində saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


13:28 / 10 Sentyabr 2026
6
13:23 / 10 Sentyabr 2026
17
13:17 / 10 Sentyabr 2026
26
13:12 / 10 Sentyabr 2026
31
13:01 / 10 Sentyabr 2026
66
13:01 / 10 Sentyabr 2026
45
12:56 / 10 Sentyabr 2026
43
12:47 / 10 Sentyabr 2026
46
12:41 / 10 Sentyabr 2026
43
12:41 / 10 Sentyabr 2026
48
12:35 / 10 Sentyabr 2026
53
12:31 / 10 Sentyabr 2026
60
12:30 / 10 Sentyabr 2026
64
12:28 / 10 Sentyabr 2026
80
12:27 / 10 Sentyabr 2026
422
12:21 / 10 Sentyabr 2026
56
12:20 / 10 Sentyabr 2026
60
12:07 / 10 Sentyabr 2026
65
11:52 / 10 Sentyabr 2026
65
11:41 / 10 Sentyabr 2026
68
11:35 / 10 Sentyabr 2026
61
11:27 / 10 Sentyabr 2026
68
11:23 / 10 Sentyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.