İrandan narkotik keçirmək istədilər – QARŞISI ALINDI
10 Sentyabr 2026, 13:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
281
18.07.2024, 12:57
Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevin müsadirə edilmiş əmlaklarını geri qaytarmaq uğrunda mübarizə başa çatıb.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmə məsələ ilə bağlı yekun qərar verib.
N.Quliyevin hüquqi varisi qismində tanınmış qardaşı 600 min manatlıq əmlakın müsadirədən azad edilməsini istəyirdi.
Yüksək instansiya məhkəməsi isə hüquqi varisin istəyini əsaslı hesab etməyib. Məhkəmə belə qənaətə gəlib ki, prokurorun əsaslı protesti ilə birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Bu səbəbdən kassasiya şikayəti rədd edilib.
Son qərar da elan edildiyinə görə, icra məmuru dövlət nəfinə alınan əmlakı hərrac təşkilatı vasitəsilə satışa çıxaracaq.
Qeyd edək ki, N. Quliyev 2019-cu ildə müavini Ramiz Tatarovla birgə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmişdi. Mənimsəmə, rüşvət alma kimi cinayətlərdə təqsirli bilinən eks-icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü il 8 il 6 ay azadlıqdan məhrum edilib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş əmlaklar müsadirə edilib. 2 il sonra N.Quliyev həbsdə koronavirusdan ölüb. Ölümündən sonra Gəncə Apellyasiya Məhkəməsi əmlaklarını müsadirədən azad edib.
Sonradan prokurorun protesti əsasında Ali Məhkəmə qərarın əmlakların müsadirədən azad edilməsi hissəsini ləğv edilib. Gəncə Apellyasiya Məhkəməsi təkrar baxışda əvvəlki qərarını pozub, əmlakların yenidən müsadirəsinə qərar verib.
13:44 / 10 Sentyabr 2026
1
13:41 / 10 Sentyabr 2026
12
13:28 / 10 Sentyabr 2026
50
13:23 / 10 Sentyabr 2026
27
13:17 / 10 Sentyabr 2026
36
13:12 / 10 Sentyabr 2026
38
13:01 / 10 Sentyabr 2026
82
13:01 / 10 Sentyabr 2026
47
12:56 / 10 Sentyabr 2026
44
12:47 / 10 Sentyabr 2026
47
12:41 / 10 Sentyabr 2026
46
12:41 / 10 Sentyabr 2026
49
12:35 / 10 Sentyabr 2026
54
12:31 / 10 Sentyabr 2026
65
12:30 / 10 Sentyabr 2026
68
12:28 / 10 Sentyabr 2026
85
12:27 / 10 Sentyabr 2026
475
12:21 / 10 Sentyabr 2026
58
12:20 / 10 Sentyabr 2026
62
12:07 / 10 Sentyabr 2026
65
11:52 / 10 Sentyabr 2026
67
11:41 / 10 Sentyabr 2026
71
11:35 / 10 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.