Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1120
az

Bakıda şirkətə silahlı basqın, mühasib bıçaqlandı

01:1227 Aprel, 2018
1174
KRİMİNAL
  • A
 

Bakıda turizm şirkətinə basqın olub.

Oxu24.com -un “Xezerxeber.az”a istinadən məlumatına görə, hadisə ötən gün paytaxtın Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsi 15 ünvanındakı turizm şirkətinin ofisinin qarşısında baş verib.

Məlumata görə, şirkətin mühasibi Tərxan Namazov külli miqdarda pulla ofisdən çıxıb avtomobilinə tərəf gedərkən maskalı şəxs ona hücum edərək bıçaqla bir neçə zərbə vurub. O, əlindəki pul olan çantanı alıb qaçmaq istəsə də, Tərxan silahlı şəxsə müqavimət göstərib. Bu səbəbdən də o, çox bıçaq zərbəsi alıb.Ağır yaralı Tərxan Namazovu yaxınlıqdakı taksi sürücülərindən biri dərhal 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıb. O, dərhal əməliyyat edilib.

Həkimlərin verdiyi məlumata görə, onun bədəninin müxtəlif nahiyyələrindən 10-a yaxın bıçaq zərbələri aşkar edilib. Hazırda Tərxan Namazov reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsindən verilən məlumata görə, hadisə ilə əlaqədar hələ ki, saxlanılan yoxdur. Amma əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Azərbaycanda faciə: Iki qardaş birdən öldü (Video)
Azərbaycanda faciə: Böyük qardaşın meyiti,kiçik qardaşın huşsuz bədəni tapıldı (VİDEO)

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi