Həmidə Aslanovanın hamamda meyiti tapıldı
25 Noyabr 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
361
12.06.2024, 10:20
Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Daşkəsən rayon prokurorluğundan bildirilib ki, istintaqla Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin mülkiyyətindəki torpaq sahələrinin müxtəlif şəxslərə ayrılmasına dair təkbaşına qərarlar qəbul etməsi, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Sərvaz Quliyev 178.2.2, 178.2.3 (təkrar və qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
13:47 / 25 Noyabr 2026
33
13:45 / 25 Noyabr 2026
35
13:27 / 25 Noyabr 2026
242
13:15 / 25 Noyabr 2026
75
13:11 / 25 Noyabr 2026
431
13:10 / 25 Noyabr 2026
91
12:58 / 25 Noyabr 2026
82
12:57 / 25 Noyabr 2026
77
12:55 / 25 Noyabr 2026
80
12:52 / 25 Noyabr 2026
79
12:45 / 25 Noyabr 2026
77
12:37 / 25 Noyabr 2026
96
12:27 / 25 Noyabr 2026
107
12:21 / 25 Noyabr 2026
132
12:18 / 25 Noyabr 2026
92
12:14 / 25 Noyabr 2026
112
12:05 / 25 Noyabr 2026
117
11:58 / 25 Noyabr 2026
98
11:52 / 25 Noyabr 2026
387
11:50 / 25 Noyabr 2026
117
11:48 / 25 Noyabr 2026
111
11:45 / 25 Noyabr 2026
102
11:40 / 25 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.