Ağır qəza: Yaralılar var
10 Sentyabr 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
330
08.06.2024, 17:44
2023-cü il iyulun 9-na keçən gecə 1993-cü il təvəllüdlü Pərvin Yusifli yaşadığı evdə atası, 1968-ci il təvəllüdlü Rəsul Yusifovu öldürməsi barədə polisə məlumat verib.
Hadisə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki mənzillərin birində baş verib.
Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaqla müəyyən edilib ki, iyulun 9-u gecə saat 2 radələrində Rəsul Yusifov otağa girəndə oğlu Elvinin eyvanda siqaret çəkdiyini görüb. Elvin içəri keçəndə atası onu sərt şəkildə danlayıb və üzünə iki dəfə şillə vurub.
Epilepsiya xəstəliyindən əziyyət çəkən qardaşına qarşı etdiyi zorakılıq hərəkətlərinə görə Pərvin Yusifli atasından qisas almaq qərarına gəlib. Pərvin məhkəmə iclasında bildirib ki, Elvinin siqaret çəkməsinə əsəbiləşən atası hətta onu zorla mənzildən çıxarmaq istəyib. Ancaq o, araya girərək belə etməməsini xahiş edib. Daha sonra atası əsəbi halda öz otağına keçib. Pərvin isə Elvinlə digər otaqda oturaraq televizora baxıblar.
Başının ağrıdığını deyən Elvin yatmağa getsə də, atasının hərəkətindən əsəbiləşən Pərvin yatmayıb. Gecə saat 3 radələrində mətbəxə keçərək bıçağı götürüb və atasının yatdığı otağa girib. Otağın işığını yandıranda atası gözlərini açıb, nəyə görə gəldiyini soruşub. Pərvin Yusifli heç nə demədən onun üstünə atılıb və əlindəki bıçaqla Rəsul Yusifova kortəbii şəkildə zərbələr vuraraq onu qətlə yetirib. Törətdiyi cinayət barədə polisə də elə Pərvin özü məlumat verib.
Məhkəmə iclasında Pərvin Yusifli ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.
09:22 / 11 Sentyabr 2026
1
23:14 / 10 Sentyabr 2026
804
23:08 / 10 Sentyabr 2026
115
23:03 / 10 Sentyabr 2026
138
23:00 / 10 Sentyabr 2026
75
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
93
22:40 / 10 Sentyabr 2026
3443
22:36 / 10 Sentyabr 2026
76
22:28 / 10 Sentyabr 2026
76
22:20 / 10 Sentyabr 2026
88
21:54 / 10 Sentyabr 2026
414
21:50 / 10 Sentyabr 2026
79
21:35 / 10 Sentyabr 2026
105
21:30 / 10 Sentyabr 2026
157
21:27 / 10 Sentyabr 2026
72
21:20 / 10 Sentyabr 2026
87
21:16 / 10 Sentyabr 2026
91
21:15 / 10 Sentyabr 2026
91
21:06 / 10 Sentyabr 2026
91
20:51 / 10 Sentyabr 2026
140
20:50 / 10 Sentyabr 2026
85
20:40 / 10 Sentyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.