Ağır qəza: Yaralılar var
10 Sentyabr 2026, 21:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
317
08.06.2024, 10:48
İyunun 6-da Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.
OXU24.COM ATV-yə istinadən xəbər verir ki, ikinci dəfə ana olmaq üçün Zərdab Rayon Mərkəzi xəstəxanasına çatdırılan Ülviyyə Teymur qızı Nəzərli doğuşdan bir neçə saat sonra vəfat edib.
Onun dünyaya gətirdiyi oğlu isə sağ qalıb. Mərhumun yaxınları iddia ediblər ki, onun ölümündə həkimlər günahkardır.
Anası Sevinc Nağıyeva qızının hamiləlik dövrünün normal keçdiyini, paytaxtdakı həkimlərdən birinin nəzarəti altında olduğunu bildirib.
Onun sözlərinə görə, qızı hər ay mütəmadi analizlər verib və müayinələrdən keçib. Həkimin təyin etdiyi vaxtda isə xəstəxanaya gətirilib:
"Qızım əməliyyat olunandan sonra yoldaşına deyib ki, qarnımın içindən nəsə axır. Həkim isə bunun normal olduğunu bildirmişdi. 15 dəqiqə keçəndən sonra isə qızım koma vəziyyətinə düşdü".
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1996-ci il təvəllüdlü Ülviyyə Nəzərli iyunun 6-sı saat 12:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə daxil olub:
"Xəstə saat 12:00-da uşaqlıqda çapıq diaqnozu ilə mərkəzə daxil olub. Saat 14:00-da qeysəriyyə əməliyyatı icra edilib. Ana və uşağın səhhəti normal və qənaətbəxş hesab edilib. Saat 18:00-dan sonra xəstədə qıcolma, psixomotor oyanıqlıq müşahidə olunub və huşu pisləşib. Xəstə dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, lakin aparılan tibbi tədbirlərə baxmayaraq onu xilas etmək mümkün olmayıb".
Qeyd edək ki, bu, ananın ikinci övladı olub.
Hadisə ilə bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.
09:29 / 11 Sentyabr 2026
4
09:26 / 11 Sentyabr 2026
14
09:24 / 11 Sentyabr 2026
18
09:22 / 11 Sentyabr 2026
21
23:14 / 10 Sentyabr 2026
818
23:08 / 10 Sentyabr 2026
116
23:03 / 10 Sentyabr 2026
138
23:00 / 10 Sentyabr 2026
75
22:53 / 10 Sentyabr 2026
73
22:44 / 10 Sentyabr 2026
93
22:40 / 10 Sentyabr 2026
3492
22:36 / 10 Sentyabr 2026
76
22:28 / 10 Sentyabr 2026
76
22:20 / 10 Sentyabr 2026
90
21:54 / 10 Sentyabr 2026
420
21:50 / 10 Sentyabr 2026
79
21:35 / 10 Sentyabr 2026
105
21:30 / 10 Sentyabr 2026
158
21:27 / 10 Sentyabr 2026
73
21:20 / 10 Sentyabr 2026
89
21:16 / 10 Sentyabr 2026
91
21:15 / 10 Sentyabr 2026
91
21:06 / 10 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.