İslam Rzayevin əmlaklarına həbs qoyuldu - Siyahı
25 Noyabr 2026, 16:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
334
07.06.2024, 14:13
Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Masallı rayon prokurorluğundan bildirilib ki, istintaqla Məhərrəm Əliyevin 24.08.2022-ci il tarixdən 31.10.2023-cü il tarixədək Masallı rayon MKTİB-nin rəisi vəzifəsində işlədiyi müddətdə qurumun baş mühasibi Qurbanxan İsgəndərov ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 73 min manatdan artıq büdcə vəsaitini “Məhəmməd-2022” MMC-nin direktoru Yaşar Heydərovun köməkliyi ilə mənimsəməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Məhərrəm Əliyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda törədilməklə mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı), Qurbanxan İsgəndərova və Yaşar Heydərova isə həmin Məcəllənin 32.5, 179.2.3, 32.5, 179.2.4, (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmədə köməkçi) 308.1, 313-cü və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə məhkəməyə göndərilib.
17:21 / 25 Noyabr 2026
30
17:13 / 25 Noyabr 2026
49
17:01 / 25 Noyabr 2026
168
16:50 / 25 Noyabr 2026
87
16:38 / 25 Noyabr 2026
81
16:29 / 25 Noyabr 2026
81
16:27 / 25 Noyabr 2026
83
16:15 / 25 Noyabr 2026
215
16:05 / 25 Noyabr 2026
190
15:59 / 25 Noyabr 2026
265
15:41 / 25 Noyabr 2026
639
15:32 / 25 Noyabr 2026
208
15:30 / 25 Noyabr 2026
128
15:26 / 25 Noyabr 2026
116
15:22 / 25 Noyabr 2026
108
15:19 / 25 Noyabr 2026
116
15:10 / 25 Noyabr 2026
195
15:03 / 25 Noyabr 2026
218
14:58 / 25 Noyabr 2026
117
14:57 / 25 Noyabr 2026
132
14:33 / 25 Noyabr 2026
126
14:30 / 25 Noyabr 2026
153
14:29 / 25 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.