Qaynar xətt:

(+99450) 247 90 86

11 kiloqramdan çox narkotik vasitə aşkarlandı

KRİMİNAL

160

05.06.2024, 11:08

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 4-də ümumi çəkisi 11,3 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, narkotik vasitələr - 1,6 kiloqrama yaxın heroin, 9,6 kiloqramdan çox marixuana, 110 qram metamfetamin, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 64 çətənə kolu dövriyyədən çıxarılıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.