Qaynar xətt:

(+99450) 247 90 86

Kamil Zeynallıya qarşı dələduzluq edən şəxsə hökm oxundu

Kamil Zeynallıya qarşı dələduzluq edən şəxsə hökm oxundu

KRİMİNAL

384

31.05.2024, 15:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İdmançı Kamil Zeynallı və daha 8 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

“Bir dənə Kamilə görə mənə 8 il iş verdiniz. Belə ədalət olmaz” - E.Ağayev hökmə münasibət bildirərkən deyib.

Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.