Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1083
az

“Südverən inəyi kəsmirlər” — Aygün Kazımovanın qardaşının şəriki həbs edildi

10:3926 Aprel, 2018
1267
KRİMİNAL
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı dələduzluq edən tikinti şirkətinin rəhbərinin məhkəmə prosesi başlayıb.

Oxu24.com -un  xəbərinə görə, cinayət məclləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən “AENT-E” şirkətinin rəhbəri, əvvəllər analoji maddələrlə məhkum olunan Cəfərov Əkbər Qurban oğlunun məhkəmə prosesinin hazırlıq iclası hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilib. Təqsirləndirilən Ə.Cəfərov məhkəmədə zərərçəkənlər qarşısında özündən razılıq əlaməti olaraq belə bir ifadə işlədib: “Mən südverən inəyəm, südverən inəyi kəsmirlər”.

Xatırladaq ki, Əkbər Cəfərov Xətai rayonu, Gəncə prospekti 29/35 a ünvanında tikilmiş çoxmərtəbəli yaşayış binasındakı 120 mənzili təkrarən başqa şəxslərə satmaqla qanun pozuntusuna yol verib. 23.01.2015-ci ildə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Cəfərov Əkbər Qurban oğlu haqqında cinayət məcəlləsinin 178.3.2, 320.1, 179.3.2, 308.1-ci  maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında göstərilib ki, zərərçəkənlər əvvəl “Ələsgəroğlu-K” MMC-nin tikdiyi binadan mənzil alıb. Korrupsiya halları aşkarlandığına görə, həmin vaxt şirkətin rəhbəri Kazım Kazımzadə həbs edilib. Bundan sonra bina “AENT-E” şirkətinə verilib. O zaman Əkbər Qurbanov sakinləri aldadıb söz verib ki, binanı altı aya təhvil verəcək. Şirkət ev alanlara söz verib ki, bu binaya guya iş görməyə, yəni sakinlərin problemini həll etməyə gəlib. Ancaq əksinə binanı daha da pis günə qoyub. Mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satıb. Hazırda bir mənzilin bir neçə sahibi var.
İstintaq zamanı o da məlum olub ki, Ə.Cəfərov binanın mərtəbələrinin nömrəsini qəsdən dəyişdirməklə sakinləri birinci şəxsdən ikinci şəxsə çevirib. Sakinin özünün xəbəri olmadan şirkət məhkəməyə çıxıb və vətəndaşın müdafiə haqqını əlindən alıb.

Məlum olub ki, Aybəniz Mirzəxanova adlı sakin öz mənzilində iki il yarım yaşaya-yaşaya şirkətin hüquqşünası Elşad adlı şəxs məhkəməyə “sakinin ünvanı məlum deyil” adı ilə məhkəməni Aybəniz xanımdan gizlədib. 05.05.2015-ci ildə ona zəng edib bildirib ki, evdə ol icra məmurları sizə gələcək. Sənin mənzilini başqa şəxs udub. Amma narahat olma Əkbər müəllim düzüb-qoşub. Bircə icra məmuru səndən mərtəbəni soruşsa de ki, sənin mərtəbən 3-cü yox 4-cü mərtəbədədir. Aybəniz xanım buna qəti etirazını bildirib. Çölə çıxanda isə görüb ki, mərtəbənin nömrəsindən 3 rəqəmini pozub yerinə 4 yazıblar. Sakinlər bundan əsəbiləşib və icra məmurlarını gözləyiblər. Onlara binanın necə mərtəbələnməsini izah ediblər. İcra məmurları da əsəbiləşərək geri qayıdıblar, bunun “AENT-E” MMC-nin yeni fırıldağı olmasını başa düşüblər.

Qəsdən binanın texniki şərtlərini almayıblar. Çünki indiki halda binanın sakinlərini təzyiq altında saxlaya bilirlər. Texniki şərtlər alınsa, onlara sərf etməyəcək. Bəhanə isə belədir: suyu da, işığı da oğurluq alırıq, biz olmasaq batarsınız. Mənzillərin qəsdən üst-üstə salınması məqsədli edilir. Kazım Kazımzadənin məhkəməsində 40 mənzil təkrar satılıb. Hazırda 120 mənzil təkrarən “AENT-E” MMC-nin direktoru tərəfindən satılıb.

İstintaq zamanı məlum olub ki, Əkbər Cəfərov 2002-2011-ci illər arasında da məhkumluq həyatı yaşayıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 178.3.2, 320.1, 320.2 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi