Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1055
az

Bakıda yol kəsib avtomobili təpikləyən sürücü tutuldu - VİDEO

14:1925 Aprel, 2018
2060
KRİMİNAL
  • A

Bakı-Ələt yolunun 34-cü kilometrliyində yolun əks istiqamətinə çıxaraq axına qarşı hərəkət edən 90-SO-003 qeydiyyat nişanlı BMW markalı avtomobilin sürücüsü tutulub.

Femida.az-ın “Report”a istinadən xəbərinə görə, polis sürücünün şəxsiyyətini müəyyənləşdirib. Məlum olub ki, BMW-nin sürücüsü 1987-ci il təvəllüdlü Seyfullayev Rauf Ağaverdi oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, hadisə avtosfer.az saytının əməkdaşının idarə etdiyi avtomobilin kamerasına düşüb. Bundan sonra hadisə barədə xəbər saytlarında və sosial şəbəkələrdə videogörüntü yayılıb. Videodan görünür ki, Bakı istiqamətində hərəkət edən sürücü qarşıdan əks istiqamətdə hərəkət edən avtomobilə yaxınlaşarkən sürətini azaldıb və yenidən yoluna davam edib. Bundan əsəbləşən 90-SO-003 qeydiyyat nişanlı BMW-nin sürücüsü və sərnişini görüntüləri qeydə alan avtomobilin arxasınca gedib təhlükəli manevrlər edərək onun qarşısını kəsiblər. Bu zaman avtomobildən düşən sərnişin sürücüyə yaxınlaşarkən maşına təpik vurub. Bundan sonra onlar yenidən avtomobillə arxasıyca gedərək bir daha təhlükəli manevrlər edərək həmin sürücünün qarşısını kəsiblər. Bu dəfə avtomobildən düşən sürücü də görüntüləri qeydə alan avtomobilə təpik vurub. Nəticədə avtomobilin banı əzilib və sürücüyə maddi və mənəvi ziyan vurublar. Sürücü dərhal DİN-in 102 qaynar xəttinə şikayət edib.

Həmin avtomobildə qadağan edilmiş səs siqnalı da olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Azərbaycanda faciə: Iki qardaş birdən öldü (Video)
Azərbaycanda faciə: Böyük qardaşın meyiti,kiçik qardaşın huşsuz bədəni tapıldı (VİDEO)

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM