Qubada itkin düşən gəncin axtarışları nəticəsiz qaldı
27 Noyabr 2026, 22:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
494
19.03.2024, 16:36
7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən yekun iclasda təqsirləndirilən idmançı son söz deyib.
Müttəhim Mehman Xəlilov azyaşlını bilərəkdən öldürmədiyini deyərək məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edib: “Mənim o, uşağa qarşı nə qərəzim ola bilərdi? Mən onu bilərəkdən öldürməmişəm. Fərid mənim ən sevdiyim tələbəm olub. Onun üçün canımı da verərdim. Kim kameralar altında adam öldürər? Bu hadisə istəmədən başıma gəlib. Bədbəxt hadisədir. Mənim üçün şeytan, o uşaq üçün əcəl gəldi. Məlum video sosial şəbəkələrdə yayıldı deyə belə oldu”.
Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti müşavirə otağında belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxsə verilmiş ittiham məhkəmə istintaqı ilə sübuta yetirilib.

Hökmə əsasən M.Xəlilov xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan adamı öldürməkdə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin aprelində Sumqayıt şəhərində yerləşən 19 nömrəli məktəbin idman zalında baş verib. Cinayətin baş vermə anının görüntüləri sosial şəbəkələrdə yayılıb. Videodan görünür ki, Mehman Xəlilov məşqdə zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.
Mehman Xəlilova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham verilib. Lakin Xəlilov özünü eyni məcəllənin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilir.

02:18 / 28 Noyabr 2026
114
01:49 / 28 Noyabr 2026
103
01:11 / 28 Noyabr 2026
102
23:59 / 27 Noyabr 2026
149
23:54 / 27 Noyabr 2026
132
23:40 / 27 Noyabr 2026
154
23:40 / 27 Noyabr 2026
135
23:35 / 27 Noyabr 2026
132
23:32 / 27 Noyabr 2026
435
23:28 / 27 Noyabr 2026
134
23:27 / 27 Noyabr 2026
126
23:26 / 27 Noyabr 2026
135
23:05 / 27 Noyabr 2026
139
22:56 / 27 Noyabr 2026
134
22:48 / 27 Noyabr 2026
158
22:35 / 27 Noyabr 2026
140
22:22 / 27 Noyabr 2026
176
22:16 / 27 Noyabr 2026
144
22:09 / 27 Noyabr 2026
144
22:08 / 27 Noyabr 2026
182
22:06 / 27 Noyabr 2026
150
22:00 / 27 Noyabr 2026
206
21:59 / 27 Noyabr 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.