Qaynar xətt:

(+99450) 247 90 86

18 yaşlı oğlanı stadionda cərəyan vurub öldürdü

18 yaşlı oğlanı stadionda cərəyan vurub öldürdü

KRİMİNAL

388

11.03.2024, 12:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu24.com Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-u saat 18 radələrində 2006-cı il təvəllüdlü Elvin Həsənzadənin Ağstafa rayonunun Vurğun qəsəbəsində yerləşən stadionda ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

İlkin araşdırma zamanı Elvin Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.