Qaynar xətt:

(+99450) 247 90 86

Vurduğu 3 gülləyə görə 18 il həbsdə yatacaq - Türkiyəni silkələyən qətl

Vurduğu 3 gülləyə görə 18 il həbsdə yatacaq - Türkiyəni silkələyən qətl

KRİMİNAL

2268

08.03.2024, 23:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Türkiyənin İzmir şəhərində taksi sürücüsü Oğuz Ergeni 3 güllə ilə öldürən Delil Aysalın məhkəmə prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, qərara əsasən, təqsirləndirilən şəxs Delil Aysal 17 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, fevralın 1-i O. Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib. Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb. Avtomobildən düşən sərnişin güllələdiyi kişiyə “heç kimə inanmayacaqsan, dayı” deyib. Ağır yaralanan O.Erge 2 gün sonra vəfat edib. O, iki uşaq atası idi. Nigar