Qaynar xətt:

(+99450) 247 90 86

Lökbatanda gecə saatlarında dəhşət: İlham Haqverdiyev öldürüldü

Lökbatanda gecə saatlarında dəhşət: İlham Haqverdiyev öldürüldü

KRİMİNAL

1147

06.03.2024, 09:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Martın 6-da saat 00:15 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində 1998-ci il təvəllüdlü İlham Haqverdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu24.com-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, araşdırmalarla 2006-cı il təvəllüdlü Məzahir Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı İlham Haqverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Məzahir Bayramov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.