Qaynar xətt:

(+99450) 247 90 86

Xədicə Kazımova qəzada öldü

Xədicə Kazımova qəzada öldü

KRİMİNAL

1145

05.03.2024, 15:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şabran rayonunda avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.
"Report"un məlumatına görə, rayonun Gəndob kəndi ərazisində "Hyundai - Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində ölüb.
Bakı şəhər sakini, 2023-cü il təvəllüdlü Nuray Kazımova, Xaçmaz şəhər sakinləri - 1976-ci il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı və 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu ağır bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.