Qaynar xətt:

(+99450) 247 90 86

Xaçmazda özünü qatarın altına ataraq ölən şəxsin kimliyi bilinib

Xaçmazda özünü qatarın altına ataraq ölən şəxsin kimliyi bilinib

KRİMİNAL

507

04.03.2024, 19:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Xaçmaz dəmir yolu stansiyasının yaxınlığında özünü hərəkətdə olan qatarın altına ataraq ölən şəxsin kimliyi bilinib.
"Report"un Şimal bürosunun məlumatına görə, o, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Hüseynov Mehdi Fəxrəddin oğludur. Faktla bağlı araşdırma aparılır.
15:51 Bu gün saat 14:15 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil qatarın qarşısına çıxıb. "Report" bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.