Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə: Ölən var

Bakıda dəhşətli hadisə: Ölən var

KRİMİNAL

415

02.03.2024, 11:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

 

Oxu24.com  xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

 

Məlumata əsasən, Nadir Rəhimovun idarə etdiyi “Baku Bus” MMC-yə məxsus “BMC” markalı 99-JU-723 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu 163 saylı marşrutla Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küçəsində avtomobil yolu ilə idarə edib.

 

O, Heydər Əliyev prospektinə dönərkən yolu keçən piyada 1998-ci il təvəllüdlü Oruc İbrahimovu avtobusun qabaq sağ hissəsi ilə vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.