Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Rusiyada azərbaycanlı məşhur idmançı həbs edildib

SON DƏQİQƏ! Rusiyada azərbaycanlı məşhur idmançı həbs edildib

KRİMİNAL

813

27.02.2024, 18:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Moskvanın Basmannı məhkəməsi azərbaycanlı döyüşçü Cabbar Yusiflini  silah satdığına görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

 

“Moskvanın Basmannı rayon məhkəməsinin hökmü ilə Yusifi Cabbar Asif oğlu cinayət törətməkdə təqsirli bilinib.O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi  ilə ittiham edilib.(Silahın, odlu silahın əsas hissələrinin, döyüş sursatının qanunsuz əldə edilməsi, verilməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya aparılması) ”,- deyə  rəsmi  məlumatda    qeyd olunur.

Məhkum cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.


Yusifi ötən il martın 9-da Moskvada saxlanılıb. O, Moskva Dairəvi Yolu ilə hərəkətdə olarkən polisin saxlama tələbinə məhəl qoymayıb, bundan sonra təqib başlayıb. Həmin  şəxs avtomobilini tərk edərək qaçmağa çalışıb. Onun qarşısını almaq üçün asayiş keşikçiləri xidməti silahlarından atəş açmalı olub, iki xəbərdarlıq atəşi açıblar. Həbs zamanı O, tapançanı yerə atıb. Həbs edilən  Yusif  Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, pankration üzrə Rusiya çempionatının qalibidir. Eyni zamanda, o, Ukraynanın tələbi ilə İnterpolun axtarışına verilib və o, Rusiyada da federal axtarışda olub. Cabbar Yusifi Rusiyada qanunsuz silah saxlamaqda, Ukraynada isə qətl törətməkdə şübhəli bilinir.

Bəzi məlumatlara görə, 2022-ci ildə Yusifi Dnepr çayının mərkəzində bir nəfəri güllələyib. Belə bir versiya var ki, o, öz anasının sevgilisinə 9 dəfə atəş açıb.

Yusifi yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının tərkibində Gənclərin Olimpiya Oyunlarında çıxış edib.

 

 

Miri Məcidli