Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda məşhur restoranda yanğın olub

KRİMİNAL

376

10.01.2024, 12:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Yasamal rayonu M.Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub.
Oxu24.com xəbər verir ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb