Azərbaycana milyardlarla dollar axacaq - Ekspert
27 Sentyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
832
30.10.2023, 18:43
Torpaq bazarında qiymət artımı davam edəcək, hətta bir az da bahalaşacaq.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
O qeyd edib ki, tikinti şərtləri ağırlaşdırılıb, o cümlədən, fərdi yaşayış evlərinin tikintisi ilə bağlı şərtlər sərtləşdirilib.
"Oktyabr ayının 1-dən kommunal istiqamətdə qanunvericiliklə bağlı ciddi dəyişiklik oldu. Misal üçün, işıq, qaz, su şəbəkələrinə qoşulmaq yalnız sənədləri qanunvericiliyin tələbinə tam olaraq uyğun olan tikililər üçün mümkün olacaq. Hansı tikililərin, fərdi yaşayış evlərinin sənədləri qaydasında deyilsə, onlar işıq, qaz, su şəbəkələrinə qoşula bilməyəcək.
Yəni belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə, təbii ki, qiymətin artımına təsir göstərən amildir. Yəni sənədli torpaq sahələrinə tələb artacaq və nəticə etibarilə torpaq sahələrinin qiyməti bahalaşacaq. Bu, eyni zamanda, sənədləri qaydasında olan fərdi yaşayış evlərinin də qiyməti artacaq", - deyə R.Osmanlı əlavə edib.
Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.
Eyni zamanda, "Elektroenergetika haqqında" carin alin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.
18:44 / 27 Sentyabr 2026
10
18:25 / 27 Sentyabr 2026
34
17:14 / 27 Sentyabr 2026
55
17:08 / 27 Sentyabr 2026
55
16:51 / 27 Sentyabr 2026
60
16:45 / 27 Sentyabr 2026
59
16:39 / 27 Sentyabr 2026
114
16:36 / 27 Sentyabr 2026
72
16:27 / 27 Sentyabr 2026
65
16:14 / 27 Sentyabr 2026
65
15:59 / 27 Sentyabr 2026
65
15:48 / 27 Sentyabr 2026
74
15:42 / 27 Sentyabr 2026
666
15:30 / 27 Sentyabr 2026
63
15:15 / 27 Sentyabr 2026
68
15:05 / 27 Sentyabr 2026
66
14:53 / 27 Sentyabr 2026
70
14:50 / 27 Sentyabr 2026
80
14:36 / 27 Sentyabr 2026
496
14:35 / 27 Sentyabr 2026
186
14:31 / 27 Sentyabr 2026
67
14:30 / 27 Sentyabr 2026
65
14:05 / 27 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.