Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
04 Noyabr 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
393
28.01.2022, 19:57
Dünyada qida məhsulları qiymətləri son on il ərzində ən yüksək səviyyəyə çatıb.
Bu barədə Trend-ə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatından (FAO) bildiriblər.
Qeyd olunub ki, ötən il dünya ərzaq qiymətlərinin artımında kəskin artım müşahidə olunub.
2021-ci ilin dekabrında FAO ərzaq qiymətləri indeksi orta hesabla 133,7 bənd təşkil edib ki, bu da 2020-ci ilin dekabrı ilə müqayisədə 25,1 bənd (23,1 faiz) çoxdur.
"Bu, onu göstərir ki, dünyada qida məhsulları qiyməti son on il ərzində ən yüksək səviyyəyə çatıb", - deyə FAO-dan bildiriblər.
Təşkilatın nümayəndəsinin sözlərinə görə, ötən il bu artıma müəyyən amillər təsir edib.
"İstehsal-satış zəncirinin qırılması, əlverişsiz hava şəraiti, enerji daşıyıcıları qiymətinin artımı və ehtiyatların yüksək dəyəri, eləcə də qida məhsullarına tələbatın durmadan artması ərzaq qiymətlərinin yüksəlməsinə gətirib çıxaran əsas amillərdir", - FAO-dan deyiblər.
Qeyd olunub ki, 2022-ci ildə də ərzaq qiymətlərinin yüksək qalacağı proqnozlaşdırılır.
"Qida məhsulları qiymətlərinin artması dünyada ərzaq təhlükəsizliyi ilə bağlı narahatlığa səbəb olub. Milli səviyyədə ərzaq təhlükəsizliyi dövlətin öz əhalisini daim və sabit şəkildə qida məhsullarına tələbatını təmin edə bildiyi vəziyyətdir", - təşkilatdan qeyd ediblər.
07:00 / 05 Noyabr 2026
23
05:00 / 05 Noyabr 2026
93
03:30 / 05 Noyabr 2026
95
01:05 / 05 Noyabr 2026
125
00:23 / 05 Noyabr 2026
383
00:18 / 05 Noyabr 2026
323
00:16 / 05 Noyabr 2026
926
23:48 / 04 Noyabr 2026
306
23:44 / 04 Noyabr 2026
254
23:40 / 04 Noyabr 2026
209
23:35 / 04 Noyabr 2026
195
23:33 / 04 Noyabr 2026
162
23:30 / 04 Noyabr 2026
203
23:26 / 04 Noyabr 2026
135
23:22 / 04 Noyabr 2026
185
23:17 / 04 Noyabr 2026
228
23:14 / 04 Noyabr 2026
140
23:12 / 04 Noyabr 2026
147
23:04 / 04 Noyabr 2026
214
22:59 / 04 Noyabr 2026
219
22:51 / 04 Noyabr 2026
165
22:38 / 04 Noyabr 2026
179
22:34 / 04 Noyabr 2026
371
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.