Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
14 Noyabr 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
621
11.12.2020, 18:20
Ermənistan Qarabağın turizm potensialından istifadə etmək istəsə də, buna nail ola bilmədi. Lakin qüdrətli Azərbaycan dövləti çox yaxın illərdə Qarabağımızda ermənilərin 27 ildə yarada bilmədiyi turizm sənayesini yaradacaq, buna heç kimin şübhəsi olmasın.
Milli.Az bildirir ki, bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan turizmində Qarabağ bölgəsinin rolu əvəzedilməz olacaq:
"Biz 27 il idi ki, bu potensialdan istifadə etməkdən məhrum olmuşduq. Bu 27 il ərzində ermənilər bir sıra tanıdıcı tədbirlərlə Qarabağa az sayda turist cəlb edə bildi. Qafqaz turları ilə yaxından maraqlanan bir çoxları Qarabağa gəlmək istəyirdi, amma onlar biləndə ki, Qarabağa Azərbaycan dövlətinin icazəsi olmadan səfər edərsə, arzuolunmaz şəxslər siyahısına düşəcək və nə vaxtsa ölkəmizə gəlmək istəsə, buna icazə verilməyəcək, onda səfərlərini təxirə salmalı olurdular".
F.Hacıyevin fikrincə, Ermənistan işğal altında saxladığı Qarabağda demək olar ki, turizm sənayesi formalaşdıra bilmədi. Buna səbəb maddi resursların azlığı və ya nə vaxtsa Azərbaycanın işğala son verəcəyi fikri ola bilərdi:
"Uzun müddət işğal altında olan rayon və şəhərlərimizdəki hotellərlə bağlı da kiçik bir araşdırma edərkən məlum oldu ki, xaricilərə təklif olunan Qarabağ tur paketlərindəki hotellərin böyük qismi Qarabağda yox, Gorusda yerləşib. Şuşada 2 ulduz sayıla biləcək 4, 3 ulduz sayıla biləcək 1 hotel var. Çox aşağı səviyyəli 1-2 istirahət mərkəzini saymasaq, Laçında ümumiyyətlə hotel yoxdur. Kəlbəcərdə 2 ulduzlu 2 hotel olub. Bir sözlə, Şuşa, Laçın, Kəlbəcər şəhərlərində hotel yox dərəcəsindədir".
Azərbaycanın çox tezliklə Qarabağ bölgəsində infrastruktur quracağına əminliyini bildirən ekspert hesab edir ki, işğaldan azad edilmiş ərazilərimizdə turizm infrastrukturunun qurulması, yeni hotellərin tikilməsi bu bölgənin turizm potensialından daha səmərəli istifadəyə imkan yaradacaq.
F.Hacıyev hətta bunu da istisna etmir ki, infrastruktur qurulduqdan sonra Qarabağ bölgəsində dünya səviyyəli brend hotellərin inşası üçün də işlər aparıla bilər. Bütün bu işlər bölgənin çox tez bir zamanda iqtisadi dirçəlişinə təkan verə bilər.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.