Qaynar xətt:

(+99450) 247 90 86

Yeni avtobuslar fəaliyyətə başladı

2018-07/1532172912_1532162472_2.jpg

İQTİSADİYYAT

1223

21.07.2018, 15:34

\"\" Yeni təşkil edilən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - \"Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi - \"Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar fəaliyyətə başlayıb.  
Bakı Nəqliyyat Agentliyindən Oxu24.com-a verilən məlumata görə, 7A və 7B xətləri üzrə sərnişindaşıma \"BakuBus\" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsilə həyata keçirilir. Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada BakıKart vasitəsilə olduğundan 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı, 15 yeni dayanacaq məntəqəsi də təşkil edilib.