Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2655
az

Avtomobil bazarında qiymətlər

12:1307 İyun, 2018
1613
İQTİSADİYYAT
  • A
 May ayı ərzində ənənəvi avtomobil bazarında satışlarda, eləcə də onlayn avtomobil satışlarında durğunluq müşahidə olub və bu vəziyyət hazırda da davam edir.

OXU24.COM  xəbər verir ki, bu barədə trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib.

Ekspert maşın bazarındakı durğunluğu yay fəslinin gəlməsi, Ramazan ayı və digər amillərlə əlaqələndirib: “Yeni taksi şirkətləri yarandıqca ucuz avtomobillərə ehtiyac çox idi, lakin indi bu bazar da dolub. Bu da öz növbəsində, durğunluğa təsir edir”.

Onun sözlərinə görə, yaxın aylarda da durğunluğun davam etməsi gözlənilir.

V.Hüseynov bildirib ki, maşın bazarında durğunluğun olmasına baxmayaraq, qiymətlərdə azalma müşahidə olunmayıb, əksinə, bəzi avtomobillərin qiymətində bir qədər artım var:

“Avtomobil bazarında əsas söz sahibi “maşın alverçiləri”dir. Onlar üçün də avtomobilin qiymətini aşağı salmaq əlverişli deyil. Düşünürlər ki, “ucuz satmaqdansa, gözləyim”. Ona görə də bazarda qiymətlər enmir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhalinin banklara inamı artır?
"Keşlə bazarı"nın yeni məkanından REPORTAJ - VİDEO
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi