Azərbaycan neftinin qiyməti 98 dolları ötüb
20 Noyabr 2026, 10:00
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1389
10.03.2020, 11:04
"Bu günə Azərbaycanın milli valyutanın məzənnəsində hər hansı bir dəyişiklik mövcud deyil. Banklar adi rejimdə işlərini davam etdirir və müştəriləri onların tələblərinə uyğun xarici valyuta ilə təmin edir".
Oxu24.com xəbər verir ki, Bunu "Report"a açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyev ölkədə növbəti dəfə devalvasiya olacağı ilə bağlı söz-söhbətə münasibət bildirərkən deyib.

"Azərbaycan Mərkəzi Bankı valyuta təchizatçısı kimi istənilən bankın tələbi tam şəkildə ödəyir. Bu gün devalvasiya üçün fundamental əsas yoxdur. Müxtəlif ölkələrdə iqtisadiyyatın vəziyyəti müxtəlifdir və hər bir ölkə öz vəziyyətinə uyğun qərar qəbul edir. Banklara sadəcə bildirilib ki, hər bir müştərinin tələbinin ödənilməsi üçün qanunvericilik çərçivəsində bütün zəruri tədbirləri görsünlər. Bu, birmənalı şəkildə bankların qarşısında duran vəzifədir və banklar bunu yerinə yetirməyə çalışırlar. Müştərilərdən də xahiş olunur ki, hər hansı bir təşvişin, növbələrin yaranmasına səbəb olacaq hərəkətlər etməsinlər və banklara adi rejimdə öz funksiyalarını yerinə yetirməsi üçün şərait yaratsınlar. Banklar öz funksiyalarını tam şəkildə yerinə yetirməyə borcludurlar və bunu edəcəklər. Banklar yalnız komplayns qaydaları çərçivəsində müştəriləri identifikasiya etməli və bu günə qədər mövcud olan qaydalardan kənar hər hansı bir yeni qayda tətbiq etmədən müştərilərə xidmət göstərməlidirlər", - ABA rəhbəri bildirib.
Günün təklif olunan videosu:
12:11 / 20 Noyabr 2026
27
11:43 / 20 Noyabr 2026
75
11:42 / 20 Noyabr 2026
140
11:36 / 20 Noyabr 2026
67
11:20 / 20 Noyabr 2026
98
11:05 / 20 Noyabr 2026
77
11:03 / 20 Noyabr 2026
95
11:01 / 20 Noyabr 2026
91
10:49 / 20 Noyabr 2026
121
10:40 / 20 Noyabr 2026
92
10:20 / 20 Noyabr 2026
101
10:20 / 20 Noyabr 2026
93
10:16 / 20 Noyabr 2026
105
10:10 / 20 Noyabr 2026
151
10:10 / 20 Noyabr 2026
96
10:03 / 20 Noyabr 2026
360
10:00 / 20 Noyabr 2026
158
10:00 / 20 Noyabr 2026
132
09:51 / 20 Noyabr 2026
107
09:46 / 20 Noyabr 2026
116
09:41 / 20 Noyabr 2026
117
09:34 / 20 Noyabr 2026
135
09:31 / 20 Noyabr 2026
991
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.