Dünya bazarlarında neft ucuzlaşıb
26 Oktyabr 2026, 09:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1408
09.03.2020, 10:56
Azərbaycandan və ölkədən kənarda yaşayanlardan manatın taleyi ilə bağlı xeyli suallar daxil olmaqdadır.
Oxu24.com Qaynarinfo-ya istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycan neftinin 32 dollaradək ucuzlaşmasını şərh edərkən qeyd eləyib. Ekspert demək olar ki, hamının vəziyyətinin eyni, müraciətlərin də oxşar olduğunu vurğulayıb:
"Çoxunu banklarda manatla olan əmanətlərin taleyi narahat edir. Bildirmək istəyirəm ki, neftin ucuzlaşan qiymətinin uzun müddətli (ən azı 3 ay) dövrdə sabit qalması və ya onun daha da ucuzlaşması höküməti yenidən devalvasiya getməyə məcbur edəcək.
Bilirsiniz ki, bu qərarı Mərkəzi Bank verməlidir. Mərkəzi Bank malik olduğu 6,4 milyard dollarlıq valyuta ehtiyatları hesabına bu prosesi ləngidə bilər, lakin onun qarşısını ala bilməz”.
Qubad İbadoğlunun fikrincə, manatın devalvasiyası bu dəfə əvvəlki kimi kəskin olmayacaq, yumşaq formada aparılacaq:
"Çünki hazırda birmənalı şəkildə devalvasiya ehtimalını artıran iqtisadi və siyasi faktorlar fəaldır. Sadəcə bu, zamana bağlı məsələdir. Odur ki, manatla əmanəti olanların 2 yolu vardır. 1) Manatla olan əmanəti dollara çevirmək, bu halda faiz gəlirlərindən itkilərlə üzləşsələr də, vəsaitlərini bəziləri tam və bəziləri isə qismən qoruya biləcəklər. Çünki bu dalğada bağlanan və ya birləşən banklar olacaq. 2) Əmanətləri geri çəkib daha risksiz bazarlara sərmayə qoymaq. Məsələn, hazırda qızıla sərmayə daha etibarlı hesab olunur və yaxud da ucuzlaşan əmlak, mülk, torpaq almaq. Amma nəzərə alın ki, bu bazarlarda uğur qazanmaq üçün də sərmayəni düzgün zamanında yerləşdirmək və idarə etmək vacibdir”.
21:58 / 26 Oktyabr 2026
9
21:53 / 26 Oktyabr 2026
12
21:44 / 26 Oktyabr 2026
33
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
36
21:05 / 26 Oktyabr 2026
599
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
389
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.