Qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
11 Aprel 2026, 10:58
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2720
24.12.2019, 14:06
Bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə ABŞ dollarının məzənnəsinin azalacağı qənaətindədir.
Oxu24.com “Bloomberg”ə istinadən xəbər verir ki, bir sıra ekspertlərin ümumi proqnozuna əsasən, gələn il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq.
Proqnoza görə, 2019-cu ildə qlobal resesiya gözləntilərinin hakim olduğu üçün dollar və dollar aktivləri daha çox satın alınsa da hazırda dünya iqtisadiyyatındakı vəziyyətə dair narahatlığın səngidiyi, ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) faiz dərəcələrini dəyişdirmək fikrində olmadığı üçün sərmayəçilər daha risqli yatırımlara yönəlir, dolların məzənnəsi də azalır. Belə ki, gələn ilin sonunda avronun dollara qarşı məzənnəsi “Goldman Sachs” bankına görə 1,15, “Deutsche Bank”a görə 1,2 olacaq.
“Bank of America”nın ekspertləri isə ABŞ-Çin ticarət qarşıdurmasının mühüm təsiri olacağını, yazda isə sərmayədarların diqqətini ABŞ-dakı qarşıdan gələn və adətən iqtisadiyyat üçün daha çox mənfi rol oynayan prezident seçkilərinin çəkəcəyini bildiriblər.
İnkişaf edən ölkələrin valyutaları arasında ilk növbədə Braziliya realı diqqət çəkir. Belə ki, bu il rekord minimum məzənnəsinə çatan real “İNG” proqnozuna görə, 2020-ci ildə büdcə islahatı, iqtisadi artımın sürətlənməsi, nisbətən yüksək faiz dərəcələri ilə bağlı 10 faizədək bahalaşa bilər.
Rusiya ekspertlərinə görə, bu ölkənin valyutası olan rublun məzənnəsi gələn ilin əvvəlində bir dollara 62-64 rubl, ilin sonunda isə ABŞ-dakı seçkilərin nəticələrinə görə 65-70 rubl səviyyəsində olacaq. Çin yuanının isə məzənnəsi 2020-ci ilin sonunda bir dollara 6,85-7,21 yuan səviyyəsində ehtimal edilir.
Həmçinin oxuyun
Günün təklif olunan videosu:
16:09 / 11 Aprel 2026
545
16:05 / 11 Aprel 2026
189
16:00 / 11 Aprel 2026
126
13:04 / 11 Aprel 2026
139
12:43 / 11 Aprel 2026
2162
10:58 / 11 Aprel 2026
92
10:57 / 11 Aprel 2026
91
10:26 / 11 Aprel 2026
82
10:25 / 11 Aprel 2026
111
10:23 / 11 Aprel 2026
85
00:32 / 11 Aprel 2026
267
00:13 / 11 Aprel 2026
191
23:52 / 10 Aprel 2026
269
23:38 / 10 Aprel 2026
147
23:19 / 10 Aprel 2026
152
23:05 / 10 Aprel 2026
238
22:51 / 10 Aprel 2026
337
22:45 / 10 Aprel 2026
238
22:11 / 10 Aprel 2026
150
22:07 / 10 Aprel 2026
313
21:48 / 10 Aprel 2026
221
21:29 / 10 Aprel 2026
837
21:19 / 10 Aprel 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.