Qaynar xətt:

(+99450) 247 90 86

Kapital Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan – 3” başa çatdı

Kapital Bank-ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan – 3” başa çatdı

İQTİSADİYYAT

1655

16.05.2018, 10:27

\"\" Ölkədə təhsilin inkişafına mühüm önəm verən Kapital Bank, tələbələr üçün \"Made in Azerbaijan - 3\" müsabiqəsi keçirir. Müsabiqənin şərtlərinə əsasən, tələbələr Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını təqdim etməlidirlər.
Biznes ideya müsabiqəsinə respublikanın 6 universitetindən 58 layihə təqdim olunub. Biznes ideyalar hazırlanarkən onların sərəncama və müsabiqənin missiyasına uyğunluğu, layihənin daxili bazarda tətbiqinin reallığı, sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı, aktuallığı və kreativliyi nəzərə alınıb. Ekspert Şurası təqdim edilən biznes ideyaları dəyərləndirib və 5 layihə finala vəsiqə qazanıb. Münsiflər heyətinin qərarı ilə Eşqin Cəfərovun \"Stevia\" biznes ideyası qalib olub. Kənd təsərrüfatı və sənaye sahəsini əhatə edən biznes ideyada stevia bitkisinin istehsalı, dərman və qida sənayesində istifadəsi təklif olunur. Məhsul xüsusi olaraq şəkərli diabet və artıq çəkidən əziyyət çəkənlər üçün nəzərdə tutulub.
\"2016-cı ildə Kapital Bank-la Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində hər il \"Made in Azerbaijan\" layihəsi həyata keçirilir. Bu ilki müsabiqədə də bir sıra maraqlı biznes ideyalar nümayiş olunub və ən yaxşı ideya müəllifinə Kapital Bank tərəfindən İstanbulun aparıcı universitetlərinin texnoparklarına infotur paketi təqdim edilib. Kapital Bank gələcəkdə də təhsillə bağlı yeni layihələrin keçirilməsini planlaşdırılır\", - deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə edilməsi departamenti direktoru Fərqanə Məmmədova bildirib. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Digər xəbərlər

Şavkat Mirziyoyev: Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır

18:44 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Şavkat Mirziyoyev: Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır

1

0
Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi yardıma gərə Özbəkistan Prezidentinə təşəkkür edib

17:40 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi yardıma gərə Özbəkistan Prezidentinə təşəkkür edib

20

0
Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

17:31 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

65

0
medialiteracy-media-gov
Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

17:09 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

63

0
Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

16:36 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

74

0
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

16:15 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

102

0
Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

15:59 / 23 Avqust 2026

DÜNYA DÜNYA

Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

81

0
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

15:19 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

102

0
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

15:04 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

91

0
“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

14:39 / 23 Avqust 2026

OXU24 TV OXU24 TV

“Çalışırıq ki, Azərbaycan və özbək dillərinin kombinasiyasında danışaq” - Video 

71

0
Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

14:20 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev: Özbəkistan və Azərbaycan münasibətləri yeni bir mərhələyə qədəm qoyub 

74

0