Azərbaycanda bu pulu 250 manata alırlar - FOTO
25 Avqust 2026, 15:30
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
42
26.08.2026, 13:15
Kənd təsərrüfatı məhsullarının maya dəyərindən və bazardakı real qiymətlərdən aşağı satılması ölkədə mütəmadi olaraq fermerlərin narazılığına və geniş müzakirələrə yol açır. Tez xarab olan bu məhsulların vaxtında reallaşdırılmaması istehsalçıları çətin vəziyyətə qoyur və ciddi maliyyə itkiləri ilə nəticələnir. Bunlardan biri də sosial şəbəkələrdə görüntüləri yayılan və südün maya dəyərindən aşağı qiymətə satılmasından şikayət edən fermerlə bağlıdır. Fermer südün alış qiymətinin aşağı olmasından narazıdır. Onun sözlərinə görə, hazırda 3 litr süd üçün cəmi 45 qəpik, yəni 1 litr üçün 15 qəpik ödənilir. O bildirib ki, bu qiymət heyvanların yemlənməsi, saxlanılması, baytarlıq xidmətləri və digər xərcləri qarşılamağa imkan vermir, istehsal xərcləri artdığı halda südün alış qiymətinin aşağı qalması təsərrüfatların fəaliyyətini çətinləşdirir.
Nəticədə, istehlakçıların bazarda yüksək qiymətlərlə qarşılaşdığı halda, fermerin məhsulunu ucuz dəyərə təslim etməsi təbii olaraq iqtisadi suallar doğurur. Bu problemin kökündə dayanan amilləri, vasitəçilərin rolunu və kəndlilərin gəlirlərinin artırılması üçün tələb olunan mexanizmləri anlamaq üçün mövzunu mütəxəssis baxışından dəyərləndirmək vacibdir.
Məsələ ilə bağlı iqtisadçı Günay Hüseynova Oxu24.com-a açıqlama verib:
"İlk növbədə bir məsələyə aydınlıq gətirim ki, ölkəmizdə azad iqtisadiyyat hökm sürür, fermeri heç kim məcbur etmir ki, iddia edilən kimi hansısa qiymətə sat və ya zərərinə sat. Kənd təsərrüfatı məhsulları tez xarab olan məhsul kateqoriyasına aiddir. Paketləmə və ya saxlama şəraitinə uyğun olaraq məhsulun saxlama müddətini müəyyən zamanadək uzatmaq mümkündür. Fermer o zaman bazar dəyərindən aşağı qiymətə satır ki, məhsul artıq bir daha süd məhsullarına çevrilməsi üçün yararsızdır”.
İqtisadçı qeyd edib ki, kənd təsərrüfatı vergidən azaddır, əgər dövlət bu sahəyə vergi tətbiq etsə, sosial şəbəkədə fermerlərin "ekranlara oyna" tipli videoları olmaz:
“Dövlətin verdiyi subsidiya, dotasiyanı alıb, satdığını satıb, satmadığını da çölə atıb digər fermerləri də etiraza sürükləmək qanunvericiliklə layiqli cavabını almalıdır. Fermerin məhsulu aşağı qiymətə satması və ya məcbur qalması sualına gəldikdə, sosial şəbəkədə bir video paylaşıldı, fermer etiraz edirdi. Həmin videoda südü 3 litrlik bankaya tökür, daha sonra qaytarır bankaya, bankada südün izi belə qalmır. Bu da onu deməyə əsas verir ki, südün üzü azı 2 dəfə alınıb. Üzsüz həmin süd də heç kəsə lazım deyil, həmin südü ya şirniyyat məmulatları sexləri alır, ya da pendir zavodları. Necə ola bilər ki, mal-qaranın peyni belə yaş və ya quru halda satılır 1 kisəsi 5-6 manat, amma kəndli sırf zərərə satır?”
Onun sözlərinə görə, bu zaman fermer haqlı olardı ki, əhalinin gəlirləri artıb və buna rəğmən məhsulun qiyməti bazar dəyərindən aşağıdır:
“Bəzən olur ki, sosial şəbəkə vasitəsilə etiraz edirlər ki, otu, yemi bahadır. Əvvəla onu qeyd edim ki, rayon və kəndlərdə hər bir ailə üzvünə pay torpağı verilib, yəni kəndli otu, yemi pay torpağı vasitəsilə tədarük edir. Əgər hesab etsək ki, şəxsin pay torpağı yoxdur, o otu alır: dövlət və ya vətəndaş şəxsi məcbur edir ki, bu sahə ilə məşğul olub məhsulunu bazar dəyərindən aşağı qiymətə satsın? Əgər üzü alınmış südü 15-20 qəpiyə satmaq istəmirsə, südlük deyil, ətlik heyvandarlıqla məşğul ola bilər. Və ya südü qaymaq, yağ, pendir kimi bazarda kiloqramı 30 manata satılan məhsula çevirə bilər”.
İstehsalçı ilə istehlakçı arasındakı qiymət fərqinə gəldikdə isə, Günay Hüseynova vurğulayıb ki, bir sıra ölkələrdəki kimi kəndli məhsulunu aqrar toplama mərkəzinə təhvil verməsi daha məqsədəuyğun olardı:
“Təəssüf ki, bizdə elə bir sistem yoxdur. Və ya bir sıra Avropa ölkələrindəki kimi vətəndaş özü məhsulu tarladan toplayıb ödənişini fermerə verir. El arasında "alverçi", vasitəçi şəxslərdən qaynaqlı qiymət artımına gəldikdə isə, əgər fermerin məhsul yığıb toplamağa vaxtı məhduddur, bazara və ya digər şəhərlərdə satışa imkanı yoxdursa, həmçinin istehlakçının da zamanı yoxdursa, sadəcə həmin vasitəçi şəxslər vasitəsilə alqı-satqı mümkündür”.
Son olaraq, iqtisadçı əlavə edib ki, fermerlərin gəlirlərinin artırılmasına gəldikdə isə, rayon və ya qəsəbələrdə aqrar mərkəz yaradılmalı, fermerin məhsulunun keyfiyyət meyarı ölçülməli və ona uyğun olaraq ödəniş edilməlidir:
“Bundan əlavə, düşünürəm ki, modern bazar sistemi yaradılmalı, hər fermerə məxsus satış məntəqəsi yaradılmalı, məhsulun keyfiyyəti, qiyməti, hansı sort olması barədə məlumatlandırıcı elektron lövhə qoyulmalı və nəzarəti yerli bələdiyyələrə verilməlidir”.
Yekunda qeyd edək ki, kənd təsərrüfatı sektorunda sabitliyin təmin olunması və fermerlərin əməyinin düzgün qiymətləndirilməsi üçün həm istehsalçıların bazar tələblərinə uyğunlaşması, həm də müasir satış mexanizmlərinin tətbiqi vacib şərtlərdən biridir. Süni qiymət artımlarının və anlaşılmazlıqların qarşısını almaq üçün təklif olunan aqrar toplama mərkəzləri və elektron nəzarət sistemlərinin qurulması gələcəkdə bu kimi problemlərin köklü həllinə təkan verə bilsin.
Çimnaz Telmanqızı
13:33 / 26 Avqust 2026
1
12:55 / 26 Avqust 2026
46
12:35 / 26 Avqust 2026
53
12:21 / 26 Avqust 2026
57
12:14 / 26 Avqust 2026
54
12:09 / 26 Avqust 2026
62
12:05 / 26 Avqust 2026
58
12:01 / 26 Avqust 2026
235
11:59 / 26 Avqust 2026
63
11:45 / 26 Avqust 2026
58
11:27 / 26 Avqust 2026
73
11:25 / 26 Avqust 2026
67
11:20 / 26 Avqust 2026
64
11:18 / 26 Avqust 2026
436
11:09 / 26 Avqust 2026
65
11:05 / 26 Avqust 2026
193
10:51 / 26 Avqust 2026
89
10:49 / 26 Avqust 2026
63
10:34 / 26 Avqust 2026
71
10:15 / 26 Avqust 2026
63
10:07 / 26 Avqust 2026
67
09:47 / 26 Avqust 2026
82
09:36 / 26 Avqust 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.