Maaş və pensiya kartı olanların nəzərinə
31 İyul 2026, 12:20
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
745
07.01.2026, 19:08
Plastik torbaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri fonunda onların gələcəkdə tam qadağan olunması məsələsi yenidən gündəmə gəlib. Maraqlıdır, gələcəkdə plastik torbaların tam qadağan olunması gündəmdə ola bilərmi?
Oxu24.com xəbər verir ki,bu barədə KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, belə bir qadağa yalnız real və əlçatan alternativlər mövcud olduğu halda mümkündür.
Onun sözlərinə görə, plastik torbalar yalnız alternativlər müəyyən edildikdən sonra mərhələli şəkildə dövriyyədən çıxarıla bilər:
“Plastik torbaların qadağan olunması o halda gündəmə gələ bilər ki, alternativlər təyin olunsun. Məsələn, Amerikadakı kimi kağız torbalar tətbiq edilsin. Alternativ yoxdursa, qadağa mümkün deyil. Bu bazar iqtisadiyyatıdır”.
Eyyub Hüseynov qeyd edib ki, inzibati yolla sərt qadağalar tətbiq olunarsa, bu, gizli istehsal və qeyri-qanuni idxal kimi problemlərə yol açar:
“Belə olan halda gizli solofan torba istehsalçıları meydana çıxacaq, yaxud xaricdən gətiriləcək. Bu yolla məsələni həll etmək olmaz. İqtisadiyyatda bu cür problemlər yumşaq yollarla tənzimlənməlidir”.
Birlik sədri əsas çıxış yolunun istehlakçıların maarifləndirilməsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sahədə görülən işlər hələ də yetərli deyil:
“Bir nömrəli məsələ istehlakçıları maarifləndirməkdir. Təəssüf ki, bu istiqamətdə iş zəif gedir. Azad İstehlakçılar Birliyi hələ 2009-cu ildə şəhərin mərkəzində küçə nümayişi keçirmişdi. Plastik torbaları və butulkaları ağaclardan asaraq nümayiş etdirdik ki, bunlar ətraf mühiti məhv edir”.
Eyyub Hüseynov əlavə edib ki, plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri artıq cəmiyyətin gündəlik həyatında özünü göstərir:
“Uşaqlardan soruşanda ki, inək nə ilə qidalanır, deyirlər solofan torba ilə. Çünki görürlər ki, zibilliklərdə inəklər torba yeyir. Bu da insanların həyatına mənfi təsir edir”.
O, dövlət tərəfindən müəyyən addımların atıldığını, tullantıların çeşidlənməsi üçün qutuların yerləşdirildiyini desə də, maarifləndirmənin hələ də yetərli olmadığını bildirib. Birlik sədrinin fikrincə, alternativlər genişləndikcə və cəmiyyət buna hazır olduqca problem inzibati deyil, təbii və mərhələli şəkildə həllini tapa bilər:
“Solofan torbaların pullu satışı başlayandan sonra onların istifadəsi azalıb. Alternativlər ortaya çıxdıqca, hər şey yumşaq yolla öz həllini tapacaq”. KONKRET.az
15:15 / 02 Avqust 2026
79
14:55 / 02 Avqust 2026
90
14:30 / 02 Avqust 2026
76
14:05 / 02 Avqust 2026
199
14:04 / 02 Avqust 2026
228
13:39 / 02 Avqust 2026
600
13:36 / 02 Avqust 2026
681
13:28 / 02 Avqust 2026
129
13:23 / 02 Avqust 2026
95
12:59 / 02 Avqust 2026
1225
12:57 / 02 Avqust 2026
94
12:54 / 02 Avqust 2026
470
12:46 / 02 Avqust 2026
300
11:47 / 02 Avqust 2026
2994
11:46 / 02 Avqust 2026
101
11:44 / 02 Avqust 2026
93
11:41 / 02 Avqust 2026
88
11:40 / 02 Avqust 2026
100
11:35 / 02 Avqust 2026
96
11:33 / 02 Avqust 2026
96
23:43 / 01 Avqust 2026
204
22:48 / 01 Avqust 2026
132
22:29 / 01 Avqust 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.