Vəzifəsindən azad edilən Nərgiz Qurbanova kimdir? - DOSYE
10 Avqust 2026, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
661
21.10.2025, 11:19
Tələbələrə şad xəbər! Ölkənin ilk rəqəmsal bankı Birbank bankçılıq sahəsində yeni ideyaları olan, innovativ həllər təqdim etmək istəyən, yenilikçi tələbələrə unikal imkanlar yaradır. 16 oktyabr tarixində start verilən “Spark Tələbə İnnovasiya proqramı” böyük hədəfləri və arzuları olan gənclərə yeni qapılar açır.
Proqramda ölkə üzrə ali məktəblərdə 3 və 4-cü kursda təhsil alan, orta göstəriciləri 70 və üzəri olan bakalavr və magistr tələbələrinə iştirak imkanı yaradılacaq. İştirakçı olmaq istəyən tələbələr məhsul sahibi, biznes analitik, developer, dizayner rollarını icra edən 4 nəfərlik komanda formasında layihəyə müraciət edə bilər.
İdeyası bəyənilən və “İlkin qiymətləndirmə”, “Tapşırıq”, “Müsahibə” mərhələlərini uğurla keçən komandalar layihədə iştirak hüququ qazanacaqlar. Daha sonra onlar üçün yeni biliklər, təcrübələrlə dolu bir mərhələyə start veriləcək. Onlara Birbank-ın peşəkar mütəxəssisləri tərəfindən həyata keçirilən xüsusi mentorluq, təcrübə proqramı və təlimlərdə iştirak imkanları yaradılacaq. Proqramın final mərhələsində isə komandalar ideyalarını təqdim edəcəklər. Proqramın yekunlarına əsasən, ideyaları ən uğurlu hesab edilən 3 komanda müvafiq olaraq 4000, 2000 və 1000 manat məbləğində mükafat qazanacaq.
Müraciət və qeydiyyat üçün: www.kbl.az/tpi
Layihənin məqsədi yeni texnologiya və innovasiyalara marağı olan gəncləri bir araya gətirmək, onların gələcək fəaliyyətini stimullaşdırmaq, real iş mühitində praktiki təcrübə imkanı yaratmaqdır. “Spark Tələbə İnnovasiya proqramı” həmçinin gənclərə komanda işi, şəbəkələşmə, müasir bankçılıq mühitində layihələrin idarə edilməsi kimi bacarıqlar da qazandıracaq.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
14:50 / 10 Avqust 2026
28
14:40 / 10 Avqust 2026
39
14:26 / 10 Avqust 2026
57
14:24 / 10 Avqust 2026
57
14:22 / 10 Avqust 2026
51
13:58 / 10 Avqust 2026
64
13:56 / 10 Avqust 2026
57
13:29 / 10 Avqust 2026
77
13:16 / 10 Avqust 2026
75
13:10 / 10 Avqust 2026
77
12:47 / 10 Avqust 2026
87
12:37 / 10 Avqust 2026
143
12:32 / 10 Avqust 2026
223
12:30 / 10 Avqust 2026
160
12:26 / 10 Avqust 2026
150
12:19 / 10 Avqust 2026
133
12:15 / 10 Avqust 2026
71
11:59 / 10 Avqust 2026
77
11:57 / 10 Avqust 2026
391
11:57 / 10 Avqust 2026
223
11:40 / 10 Avqust 2026
90
11:39 / 10 Avqust 2026
1877
11:37 / 10 Avqust 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.