Pensiyaçılara kreditlə bağlı şad xəbər – Yeni imkanlar açılır
14 Oktyabr 2026, 08:01
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
479
29.08.2025, 10:41
Kapital Bank-dan kiberlədəuzluqla mübarizədə növbəti addım: zəng edənin bank əməkdaşı olub-olmadığını yoxlaya bilərsiniz
Ölkənin birinci bankı Kapital Bank kiberdələduzluqla mübarizə üsullarını genişləndirir. Bank bu dəfə Birbank mobil tətbiqinə yeni funksionallıq gətirib. Artıq müştərilər bank tərəfindən gələn zəngin həqiqətən də banka aid olub olmadığını yoxlaya biləcəklər. Belə ki, müştəriyə bank adından zəng gəldiyi halda o, zəng edən şəxsdən Birbank tətbiqinə bildiriş göndərilməsini tələb edə bilər.
Bu yenilik xüsən dələduzluqla mübarizədə istifadəçilərin köməyinə çatacaq. Belə ki, sizə Kapital Bank və ya Birbank adından zəng gələr, hər hansısa məhsul təklif olunar və ya kartınızla bağlı problem, hesabınızdan pul çıxarılmağa cəhd olunduğu deyilərsə dərhal aşağıdakı addımları atın.
- Zəng edən şəxsdən Birbank mobil tətbiqinə bildiriş göndərilməsini tələb edin. Unutmayın bildiriş yalnız Birbank mobil tətbiqnə göndərilə bilər.
- Daha sonra telefonunuzdakı mobil tətbiqə daxil olun.
- Zəng edən şəxs həqiqətən bank əməkdaşıdırsa mobil tətbiqdə bunu təsdiq edən bildiriş alacaqsınız. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”.
- Mobil tətbiqdə bildiriş aldığınız təqdirdə zəng edən şəxslə danışığınızı davam etdirə bilərsiniz. Əks halda zəngi dərhal sonlandırın.
Bir daha xatırladırıq ki, bank adından edilən zənglərə qarşı həssas yanaşmaq mütləqdir. Unutmayın ki, heç bir bank əməkdaşı müştəriyə xarici nömrədən, sosial şəbəklərdən zəng edə bilməz. Müştəridən kartın son istifadə tarixini, kartın arxasında olan 3 rəqəmli CVV kodu, xüsusən mesajla göndərilən 4 rəqəmli təhlükəsizlik kodunu, yəni OTP kodu istəyə bilməz. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.
17:54 / 14 Oktyabr 2026
13
17:50 / 14 Oktyabr 2026
21
17:46 / 14 Oktyabr 2026
27
17:45 / 14 Oktyabr 2026
102
17:01 / 14 Oktyabr 2026
179
16:59 / 14 Oktyabr 2026
56
16:50 / 14 Oktyabr 2026
126
16:45 / 14 Oktyabr 2026
86
16:38 / 14 Oktyabr 2026
135
16:33 / 14 Oktyabr 2026
79
16:25 / 14 Oktyabr 2026
146
16:21 / 14 Oktyabr 2026
74
16:19 / 14 Oktyabr 2026
69
16:15 / 14 Oktyabr 2026
174
16:15 / 14 Oktyabr 2026
97
16:11 / 14 Oktyabr 2026
99
15:53 / 14 Oktyabr 2026
751
15:43 / 14 Oktyabr 2026
90
15:37 / 14 Oktyabr 2026
208
15:34 / 14 Oktyabr 2026
101
15:31 / 14 Oktyabr 2026
142
15:18 / 14 Oktyabr 2026
94
15:14 / 14 Oktyabr 2026
432
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.