Bu günün valyuta məzənnələri
18 Noyabr 2026, 09:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
478
02.06.2025, 14:47
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qırmızı Ürəklər Fondu tərəfindən ürəkləri isidən bir tədbir keçirilib. “Hər şey mümkündür” sosial layihəsi çərçivəsində təşkil olunan tədbirdə daun sindromlu uşaqlar və onların valideynləri ilə birgə sevinc dolu anlar yaşanıb.
Layihənin əsas məqsədi daun sindromlu uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların özlərinə inamını gücləndirmək və hər kəsin diqqətini bu mövzuya yönəltmək olub. Uşaqlar “Dance Ability” metodologiyası əsasında hazırlanan interaktiv rəqs proqramında iştirak ediblər. Bu metod hər kəsin istisnasız olaraq özünü ifadə edə biləcəyi inklüziv bir rəqs növüdür. Tədbirdə həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar da keçirilib. İnflunserlərin də qoşulduğu tədbir balacalar üçün şən oyunlar, maraqlı fəaliyyətlər və bol gülüş dolu anlarla yadda qalıb.
Qeyd edək ki, “Hər şey mümkündür” layihəsi ilk dəfə 2021-ci ildə Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın birgə həyata keçirdiyi “Ürəklərlə ianə et” aksiyası çərçivəsində toplanan vəsait hesabına daun sindromlu uşaqlar üçün həyata keçirilib. “Hər şey mümkündür” layihəsi hər bir fərdin potensialını üzə çıxarmaq və onların sosial həyata aktiv qoşulmalarını təşviq etmək məqsədi daşıyır. Layihə çərçivəsində müxtəlif yaradıcı fəaliyyətlər, inklüziv tədbirlər təşkil olunur.
Ətraflı məlumat üçün link: https://bit.ly/USQLR
“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə “Kapital Bank” ASC-nin bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
12:32 / 18 Noyabr 2026
1
12:28 / 18 Noyabr 2026
21
12:20 / 18 Noyabr 2026
42
12:15 / 18 Noyabr 2026
38
12:10 / 18 Noyabr 2026
69
12:03 / 18 Noyabr 2026
70
12:03 / 18 Noyabr 2026
383
11:49 / 18 Noyabr 2026
143
11:43 / 18 Noyabr 2026
78
11:39 / 18 Noyabr 2026
84
11:35 / 18 Noyabr 2026
89
11:32 / 18 Noyabr 2026
87
11:22 / 18 Noyabr 2026
436
11:19 / 18 Noyabr 2026
110
11:15 / 18 Noyabr 2026
89
11:13 / 18 Noyabr 2026
83
11:11 / 18 Noyabr 2026
634
11:08 / 18 Noyabr 2026
94
10:21 / 18 Noyabr 2026
100
10:18 / 18 Noyabr 2026
110
10:14 / 18 Noyabr 2026
107
10:01 / 18 Noyabr 2026
100
09:11 / 18 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.