Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
29 Avqust 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
301
06.12.2024, 22:54
Bakı İnzibati Məhkəməsində bir qrup şəxsin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dövlət özəlləşdirmə payları üzərində mülkiyyət və sahibkarlıq hüquqlarına qarşı olan pozuntuların aradan qaldırılması, özəlləşdirmə paylarına düşən əmlakın naturada müəyyən edilməsi və ya kompensasiya ödənilməsi tələbinə dair iddiası mümkün sayılmayıb.
OXU24.COM xəbər verir ki, dövlət özəlləşdirmə payları (çeklər) “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılıb.
Azərbaycanda dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2009-cu il tarixli 202 nömrəli Fərmanına əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci ilin yanvar ayının 1-də başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb.
Bundan sonra isə həmin tədavül müddətinin uzadılması barədə həmin Fərmana dəyişiklik olunmayıb, bununla bağlı hər hansı bir qanunvericilik aktı mövcud deyil.
Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilir ki, 1996-cı ildə tədavülə buraxılan və 2011-ci ildə istifadə müddəti bitərək tədavüldən çıxarılan dövlət özəlləşdirmə çeklərinin yenidən qiymətli kağız kimi tədavül vasitəsi olması, dövriyyəyə qaytarılması barədə heç bir yenilik yoxdur.
20:04 / 29 Avqust 2026
49
19:48 / 29 Avqust 2026
54
19:17 / 29 Avqust 2026
72
19:10 / 29 Avqust 2026
70
19:01 / 29 Avqust 2026
80
18:22 / 29 Avqust 2026
73
18:00 / 29 Avqust 2026
108
15:30 / 29 Avqust 2026
114
15:28 / 29 Avqust 2026
162
14:39 / 29 Avqust 2026
119
14:09 / 29 Avqust 2026
122
14:01 / 29 Avqust 2026
107
13:40 / 29 Avqust 2026
115
13:34 / 29 Avqust 2026
162
13:14 / 29 Avqust 2026
1769
12:59 / 29 Avqust 2026
79
12:55 / 29 Avqust 2026
1067
12:35 / 29 Avqust 2026
78
12:15 / 29 Avqust 2026
88
11:59 / 29 Avqust 2026
100
11:58 / 29 Avqust 2026
102
11:45 / 29 Avqust 2026
96
11:24 / 29 Avqust 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.