Azərbaycanda 8 aylıq sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları açıqlanıb
04 Sentyabr 2026, 16:45
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
225
22.10.2024, 16:40
Kredit tarixçəsi subyektlərinin (barəsində kredit tarixçəsi formalaşdırılan fiziki və ya hüquqi şəxsin) kredit tarixçələri ilə bağlı məlumatları razılıq almadan təqdim edən məlumat təchizatçılarının sırasına mobil telefon operatorlarının daxil edilir.
Oxu24.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Kredit büroları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bununla da mobil telefon operatorları müştəriləri olan kredit tarixçəsi subyektlərinin məlumatlarını onların razılığı olmadan kredit bürolarına təqdim edə biləcəklər.
Qeyd edilib ki, bu, kredit təşkilatlarından kredit götürmək üçün müraciət edən şəxslərin ödəmə qabiliyyətini və borc öhdəliklərinin icra intizamını qiymətləndirmək imkanını artıracaq.
Hazırda analoji qayda (müvafiq məlumatların təqdim olunması üçün razılığın tələb olunmaması) kommunal xidmətləri göstərən müəssisələrə tətbiq olunur.
Layihəyə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək. Bu dəyişikliyə əsasən kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququna malik olacaqdır.
Bildirişə neqativ məlumatı verən məlumat təchizatçısı barədə məlumat daxil ediləcək. Nəticədə borcalanlar hər hansı ehtiyatsızlıqdan, vaxt məhdudiyyətindən və s. oxşar xarakterli səbəblərdən yaranan neqativ məlumatlar barəsində xəbərdar olaraq, onları vaxtında aradan qaldıra biləcəklər.
Qeyd edilib ki, qanun layihəsi kredit bürolarında toplanan məlumatların dairəsini genişləndirilərək kredit tarixçəsi subyektlərinin ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının daha geniş məlumatlar əsasında qiymətləndirilməsi imkanlarını artıracaq, həmçinin borcalanların onlar barəsində yaranan neqativ məlumatlar barəsində məlumatlandırılması təmin ediləcək və bu əsasda borcalanlar öz borclarını daha effektiv idarəetmə imkanları əldə edəcəklər.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
18:00 / 04 Sentyabr 2026
1
17:56 / 04 Sentyabr 2026
69
17:51 / 04 Sentyabr 2026
22
17:35 / 04 Sentyabr 2026
24
17:30 / 04 Sentyabr 2026
30
17:10 / 04 Sentyabr 2026
28
16:55 / 04 Sentyabr 2026
32
16:45 / 04 Sentyabr 2026
57
16:33 / 04 Sentyabr 2026
62
16:30 / 04 Sentyabr 2026
57
16:25 / 04 Sentyabr 2026
192
16:25 / 04 Sentyabr 2026
62
16:11 / 04 Sentyabr 2026
364
16:10 / 04 Sentyabr 2026
67
16:06 / 04 Sentyabr 2026
66
16:05 / 04 Sentyabr 2026
58
16:00 / 04 Sentyabr 2026
61
15:52 / 04 Sentyabr 2026
68
15:50 / 04 Sentyabr 2026
61
15:46 / 04 Sentyabr 2026
263
15:39 / 04 Sentyabr 2026
131
15:07 / 04 Sentyabr 2026
1037
15:05 / 04 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.