Qaynar xətt:

(+99450) 247 90 86

Restoranlarda menyular bahalaşıb? - VİDEO

Restoranlarda menyular bahalaşıb? - VİDEO

İQTİSADİYYAT

240

06.09.2024, 12:57

Restoranlarda menyuların qiyməti 10-15 manat artıb.

Oxu24.com xəbər verir ki, bu barədə “Xəzər TV” süjet hazırlayıb. 

Belə ki, restoran sahibləri bu artımı ətin bahalaşması ilə əlaqələndiriblər.

Onların sözlərinə görə, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymət artımı normaldır: “Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq  bizə sərf etmir”.

Nəticədə bəzi menyuların qiyməti 10-15 manat artıb. Bəzi restoran sahibləri isə qiyməti stabil saxlamaq üçün menyunun tərkibində dəyişiklik edib.