Qaynar xətt:

(+99450) 247 90 86

Ali məktəblərdə rəqabət qanunu fənni tədris olunacaq

İQTİSADİYYAT

187

11.07.2024, 14:29

Azərbaycanda qəbul edilməsi nəzərdə tutulan 2024-2026-cı illər üzrə Milli Fəaliyyət planında aparıcı ali təhsil müəssisələrində rəqabət qanunu fənni üzrə tədrisin başlanılması nəzərdə tutulub.

Oxu24.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.

"Bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və bir sıra başqa ali təhsil müəssisələri ilə aktiv dialoqdayıq", - deyə o bildirib.