Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanın Yunanıstana ixrac etdəcəyi qazın həcmi açıqlanıb

Azərbaycanın Yunanıstana ixrac etdəcəyi qazın həcmi açıqlanıb

İQTİSADİYYAT

241

13.06.2024, 16:14

Bu ilin sonuna Azərbaycan Yunanıstana 1,2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Oxu24.com Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov bu gün keçirilən Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.

Onun sözlərinə görə, ötən il Yunanıstanın qaza tələbatının təxminən 18 %-i məhz Azərbaycanın "mavi yanacağı" hesabına təmin edilib.

P. Şahbazov bildirib ki, Avropaya 3,5 il ərzində tədarük edilən 36,8 milyard kubmetr qazın 3,6 milyard kubmetrdən çoxu və ya 10 %-i Yunanıstanın payına düşüb:

İclasda iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 1,4 milyard ABŞ dolları təşkil etdiyi, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Avropada təchizatın şaxələnməsinə və dekarbonizasiyaya töhfələri qeyd edilib.

Nazir, həmçinin deyib ki, Avropanın etibarlı enerji təchizatçısı olan və uğurla “yaşıl artım” siyasəti həyata keçirən Azərbaycan beynəlxalq miqyasda böyük etimad və hörmətin nəticəsi olaraq bu il COP29-a ev sahibliyi edir. Zəngin əməkdaşlıq gündəliyi olan bu yeni tarixi dövrdə enerji prioritet mövzulardan biridir.

Yunanıstanın xarici işlər nazirinin müavini Kostas Fragogiannis isə deyib ki, komissiyanın iclası ölkələrin ikitərəfli münasibətlər qurmaq niyyətini əks etdirir: “Müxtəlif sahələrdə, o cümlədən ticarət və investisiya, nəqliyyat, kənd təsərrüfatı, energetika, texnologiya, səhiyyə və turizm kimi istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişafı və təşviqini davam etdirmək üçün qabaqcıl mexanizm yaradılıb. Ümumilikdə, birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası Yunanıstan ilə Azərbaycan arasında davamlı, konstruktiv, səmərəli dialoq və fikir mübadiləsinin əsasını qoyur”.

İclasda ticarət, sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı, enerji, təhsil, səhiyyə, mədəniyyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, sənaye zonaları və aqroparklarda, həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlıq imkanları barədə məlumatlar diqqətə çatdırılıb. Komissiya çərçivəsində bütün sahələrdə əməkdaşlığın yol xəritəsini müəyyən edən ikillik Fəaliyyət Planı qəbul edilib.

Yekunda Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolu və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Ağır qəza: Yaralılar var

21:50 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Ağır qəza: Yaralılar var

70

0
15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

21:35 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

15 yaşlı uşaq avtomobil sürərsə, nə qədər cərimə yazılır? – Ekspertdən AÇIQLAMA  

89

0
Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

21:30 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kanat qəzasında günahkar kimdir? – Məsul şəxsləri 7 ilədək həbs gözləyə bilər   

122

0
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

21:27 / 10 Sentyabr 2026

DÜNYA DÜNYA

İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub

64

0
Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

21:20 / 10 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Məhkəmə iclasına getməsəniz nə baş verər? – Vəkildən AÇIQLAMA  

79

0
Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

21:16 / 10 Sentyabr 2026

TİBB TİBB

Böyrəkdə daş var, amma ağrı vermir: Onu saxlamaq olarmı?

78

0
Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

21:15 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Orta Dəhlizdə yeni çağırışlar və Azərbaycanın tranzit potensialı: Politoloq vacib məqamlardan DANIŞDI  

80

0
Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

21:06 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yeni 100 manatlıq əskinasların tanınmama PROBLEMİ: İqtisadçıdan vacib AÇIQLAMALAR  

82

0
Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

20:51 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Təhsil sistemində köklü İSLAHAT: Pedaqoji ixtisaslar yalnız dövlət sifarişi ilə olmalıdır?   

129

0
“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

20:50 / 10 Sentyabr 2026

TİBB TİBB

“Tənbəl zob” bağırsaqları və ürəyi niyə yavaşladır? – Həkimdən XƏBƏRDARLIQ  

77

0
Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

20:40 / 10 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ac qalaraq arıqlamaq mümkündürmü? – Arıqlamaq istəyərkən ürəyinizi riskə atmayın   

76

0
Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

20:38 / 10 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

Azərbaycanda ata oğlunun toyunda HƏBS OLUNDU 

721

0