Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
11 Sentyabr 2026, 09:24
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
241
31.05.2024, 15:00
“Təqdim edilmiş məlumatlara görə, 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib, hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, aparılan müzakirələr və təhlillər 2023-cü ilin dövlət büdcəsinin icrasının qarşıya qoyulan hədəflərə nail olunduğunu deməyə imkan verir: “Eyni zamanda, təqdim olunmuş sənədləri müzakirə edərkən bu qənaətə gəlirik ki, büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası üçün mövcud qanunvericilik bazasının təkmilləşməsinə və ya yeni, daha çevik büdcə alətlərinin yaradılmasına, maliyyə intizamının daha da gücləndirilməsinə, büdcə təşkilatlarının planlaşdırma və hesabatlılıq davranışlarının təkmilləşdirilməsinə və bu məqsədlərə xidmət edən texniki həllərin tətbiqinə ehtiyac var. Xüsusilə də, büdcə xərclərinin icrasının səmərililik və nəticəlilik əsasında qiymətləndirilməsi, gəlirlərinin isə potensiala daha yaxın planlaşdırılması üçün daha çevik və yeni yanaşmalara ehtiyac var. Dövlət büdcəsinin icrası prossesində müşahidə olunan faktlar bu qənaəti daha da gücləndirir”.
Sədrlik etdiyim komitə hesab edir ki, 2023-cü il üçün dövlət büdcəsinin icrası Prezident İlham Əliyevin müəyyən etdiyi əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, iqtisadi subyektlərin dəstəklənməsi, müdafiə və təhükəsizlik tədbirlərinin görülməsi üçün lazımi maliyyə təminatı yaradıb və öz müsbət rolunu oynayıb: “Qanun layihəsinə komitənin rəyi müsbətdir. Bunları nəzərə alaraq, dövlət başçısının təqdim etdiyi “2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini dəstəkləməyinizi xahiş edirəm”.
13:42 / 11 Sentyabr 2026
1
13:28 / 11 Sentyabr 2026
33
13:05 / 11 Sentyabr 2026
44
12:57 / 11 Sentyabr 2026
66
12:52 / 11 Sentyabr 2026
609
12:48 / 11 Sentyabr 2026
89
12:45 / 11 Sentyabr 2026
78
12:31 / 11 Sentyabr 2026
87
12:24 / 11 Sentyabr 2026
134
12:21 / 11 Sentyabr 2026
60
12:14 / 11 Sentyabr 2026
64
12:06 / 11 Sentyabr 2026
211
11:59 / 11 Sentyabr 2026
65
11:58 / 11 Sentyabr 2026
59
11:55 / 11 Sentyabr 2026
609
11:50 / 11 Sentyabr 2026
60
11:31 / 11 Sentyabr 2026
65
11:30 / 11 Sentyabr 2026
61
11:00 / 11 Sentyabr 2026
60
10:52 / 11 Sentyabr 2026
1589
10:48 / 11 Sentyabr 2026
68
10:44 / 11 Sentyabr 2026
145
10:38 / 11 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.